Bugün birinci xanım Mehriban Əliyevanın doğum günüdür
Video
26.08.2024 09:14
Birinci xanımlıq xüsusi bir siyasi-ictimai statusdur. Onun dövlət idarəçiliyində ayrıca yeri və rolu var. Amma bir qədər fərqli şəkildə. Əgər dövlətin başçısı güc və iradə mərkəzidirsə, birinci xanım gözəllik və zəriflik mərkəzi olmalıdır.
Azərbaycanda birinci xanımlıq instutunu ilk dəfə formalaşdırmaq tarixi missiya idi. Və bu yük Mehriban Əliyevanın üzərinə düşdü. O, Azərbaycanın özünə məxsus nə sırf şərq, nə də sırf qərb modellərini təkrarlamayan birinci xanım obrazını yaratmalı idi. Elə bir obraz ki, hər bir insan tərəddüdsüz qəbul etsin. Bəli, Azərbaycanın birinci xanımı məhz belə olmalıdır. Mehriban xanım bu tarixi missiyanın öhdəsindən gəldi. Azərbaycanda özünə məxsus fərqli birinci xanım obrazını və birinci xanımlıq instutunu yaratdı.
Birinci xanımlıq böyük missiyadır. Əvvəla bu obraz, bu sima Azərbaycanı dünyada təmsil edir. İkincisi o həm dünyada, həm ölkə daxilində humanitar sferada dövlətin siyasətini tamamlayır. Hakimiyyətin sadə insana qayğı fəlsəfəsini reallaşdırır. Obrazlı desək dövlət başçılarının imicində bir ata zəhmi olmalıdırsa, birinci xanımda da ana mərhəməti və qayğıkeşliyi olmalıdır.
Azərbaycanda minlərlə insanın Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna ümid yeri kimi baxması, bu obrazı həqiqətən də cəmiyyətin şüurunda möhkəmləndiyini təsdiqləyir. İnsanlar onu qayğı, mərhəmət simvolu kimi qəbul edirlər. Mehriban Əliyeva Azərbaycan qadını üçün bir modeldir. Həm çox müasir, həm milli adətlərə bağlı, həm çox savadlı, həm adi insanlara danışıb, onları anlayacaq qədər sadədir. Həm gözəl, həm ciddi, həm böyük imkanlara malik, həm də təvazökar. İdeal halda Azərbaycan qadını yəqin ki, belə olmalıdır. Və Mehriban xanım öz obrazı ilə bu idealı cəmiyyətə təqdim edir.
Görmək çətin deyil ki, əksər qadınlarda ona bənzəmək cəhdləri var. Demək olar hər bir xanım onun hansısa cəhətini götürür. Yəni birinci xanım obrazı cəmiyyətin şüurunda bu baxımdan da öz yerini tutub. Amma bunlardan başqa birinci xanım həm də çox fəal ictimai xadimdir. İlk Avropa oyunlarının təşkilatçılığı missiyasının onun üzərinə düşməsi tarixi rol idi. Və bu heç də təsadüfi deyil idi. Buna qədər Azərbaycanın birinci xanımı irili-xırdalı müxtəlif tədbirlərin təşkilatçısı kimi uğur qazanaraq, bacarıqlı ictimai-siyasi xadim olduğunu dünyaya göstərə bilmişdi. Xüsusilə də Avroviziya mahnı müsabiqəsinin yüksək səviyyəli təşkili Avropanı heyrətə gətirmişdi. Bu gün istər dünyada, istərsə də ölkə daxilində Mehriban Əliyeva birinci xanım obrazı sözün həqiqi mənasında qeyri-adi populyarlığa malikdir.
O, dünyadakı birinci xanımların arasında hər baxımdan seçilir. Əvvəla ictimai fəallıq baxımından heç bir first lady Mehriban Əliyeva ilə müqayisə oluna bilməz. Adətən iri dövlətlərdə birinci xanımların fəaliyyəti bir neçə xeyriyyə fondu ilə əməkdaşlıqdan o yana getmir. Azərbaycanın birinci xanımı üçün isə birinci sözü təkcə status deyil, həm də fəaliyyəti ilə qazandığı yer və mövqedir. O, təkcə taleyin sayəsində birinci olmayıb, fəaliyyəti ilə bu birinciliyi qazanıb. Yəni sözün həqiqi mənasında birincidir. Elə həm də sözün həqiqi mənasında xanımdır. Gözəl, qayğıkeş əsl Azərbaycan xanımıdır.
tag: Mehriban Əliyeva, Azərbaycan, Birinci Xanım, First Lady, todaypress.az