“Bu torpaq indi bizim qanımızla yuyulur” - Ukraynalılar sülh haqqında nə düşünürlər?
Video
18.09.2024 10:19
Ukrayna Silahlı Qüvvələri ölkə rəhbərliyinin Rusiya ilə sülh müqaviləsi bağlayacağı təqdirdə çevriliş edə bilər.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” (WP) sorğuda iştirak edən ukraynalılara istinadən məlumat yayıb.
“Dövlət çevrilişi olacaq, çünki sülh müqaviləsi ideyası dinc şəhərlərdə oturanlar tərəfindən irəli sürüləcək. Burada heç kim ona dəstək olmayacaq - bu torpaq indi bizim qanımızla yuyulur” deyə hərbi həkim Veronika bildirib.
Pokrovskdan olan keçmiş mədənçi, hazırda pilotsuz uçuş aparatı (PUA) operatoru olan Pavel isə hesab edir ki, Donbasın itirilməsi Ukrayna üçün fəlakətlə nəticələnəcək.
“Washington Post” həmçinin oğlu Avdeyevka uğrunda döyüşlərdə həlak olan Slavyansk sakini, 38 yaşlı Natalya ilə də danışıb. O, Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərini millətin işığı adlandırıb və qeyd edib ki, ukraynalılar döyüşməyə davam etməlidirlər. O, əlavə edib ki, ona dağlar qədər qızıl təklif edilsə belə, Rusiya bayrağı altında yaşamayacaq.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə Moskva ilə Kiyev arasında sülh razılaşması əldə ediləcəyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinin dövlət çevrilişi etmək istəyinə şübhə ilə yanaşıb.
“Görünür, çevriliş etmək istəyən Ukrayna Silahlı Qüvvələri deyil, ilk növbədə amerikalılar, almanlar və hələ də Ukraynaya kömək edənlərdir. Çünki Ukrayna Prezidenti Volodimir Zelenski artıq onların işinə yaramır” deyə deputat əlavə edib.
Qeyd edək ki, sorğuda iştirak edən ukraynalı döyüşçülər Rusiya ilə danışıqların nəticə verəcəyini inanmırlar.
Töhfə Səməd
tag: Ukrayna, Rusiya, Sülh, Sorğu, Danışıqlar, todaypress.az