"Bozdoğan-42" əməliyyatı keçirildi: 58 şübhəli saxlanıldı
Video
13.06.2024 15:49
Türkiyənin 16 vilayətində
separatçı terror təşkilatına qarşı keçirilən "Bozdoğan-42" əməliyyatlarında
58 nəfər şübhəli şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər
Nazirliyindən məlumat verilib. Şübhəlilərin keçmişdə separatçı terror təşkilatı
tərkibində fəaliyyət göstərdikləri, terror təşkilatı adından əməkdaşlıq etdikləri,
separatçı terror təşkilatının təbliğatını apardıqları, qanunsuz yürüş və
nümayişlərdə iştirak etdikləri, təhlükəsizlik qüvvələrinə molotof kokteyli ilə
hücum etdikləri iddia edilib.
Onların təşkilata fəaliyyət
göstərərək maliyyə dəstəyi verdiyi və qəti həbs cəzası ilə axtarışda olduqları
müəyyən edilib.
tag: Türkiyə,Bozdoğan-42,Əməliyyat, Şübhəli, Separatçı, todaypress.az