Böyükşor gölünün böyük problemi, tıxac məsələsi həllini tapacaq? - RƏSMİ AÇIQLAMA
Video
14.12.2024 15:31
"Tez bir zamanda Böyükşor gölünün üstündən keçən yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində dairəni dağıdıb normal işıqfor qurmaq lazımdır”.
Bu təklifi nəqliyyat məsələləri üzrə ekpert Aslan Əsədov TodayPress-ə danışarkən irəli sürüb.
Onun sözlərinə görə, avtobus dayanacağını da 100 metr geriyə çəkmək, “Santral” mağazasının önündəki hissəni yola birləşdirmək lazımdır. “Beləcə, tıxac həll olunar" deyə o, əlavə edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Agentlikdən bildirildi ki, bu istiqamət üzrə hələ ki, məlumat yoxdur. Olan zaman mətbuata təqdim ediləcək.
Töhfə Səməd