Böyük Britaniyada 3 min illik çörək qırıntısı tapıldı

Video

15.02.2025 17:27

Böyük Britaniyanın Lids şəhərində fəaliyyət göstərən Kəşflər Mərkəzinin könüllüləri maraqlı arxeoloji tapıntıya rast gəliblər. 

TodayPress xəbər verir ki, bu barədə  “Yorkshire Evening Post” məlumat verib. 

Məlumata görə, onlar yerli muzey və qalereyalarda saxlanılan kolleksiyaları araşdırarkən nadir artefaktlar aşkar ediblər. 

Ən diqqətçəkən tapıntılardan biri qədim Misirin Fiv şəhərindən gətirilmiş və təxminən 3 min il yaşı olan çörək qırıntısı olub.

XIX əsrdə bir mumiyanın yanında çıxarılan bu qırıntının, araşdırmalara görə, qədim Misirdəki dəfn ayinləri zamanı edilən qurban təqdimatlarının bir hissəsi olduğu müəyyən edilib.   

Qiymət Mahir

tag: Böyük Britaniya,Maraqlı,Lids,Muzey,Çörək,todaypress.az