Böyük Britaniya genişmiqyaslı münaqişəyə hazır deyil

Video

06.08.2024 10:32

Böyük Britaniya ordusu kifayət qədər maliyyələşdirilmədiyi üçün genişmiqyaslı münaqişəyə hazır deyil.

TodayPress, “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin (MN) rəhbəri Con Hili bildirib. 

O, qeyd edib ki, hazırda Britaniya silahlı qüvvələrinin bütün bölmələri ciddi problemlər yaşayır. Orduda istifadə olunan texnika köhnəlib və eləcə də ordunun yenidən silahlanması ləng gedir. 

Britaniya Müdafiə Nazirliyinin audit departamentinin keçmiş direktoru Rob Conson isə bildirib ki, istənilən böyük hərbi əməliyyatda Britaniyanın döyüş sursatı tez bir zamanda tükənəcək. Çünki ordu ciddi miqyasda silahlı münaqişədə döyüşmək və qalib gəlmək üçün hazırlıqsızdır.

Günəş Mərd

tag: Böyük Britaniya, Departament, Rob Conson,Münaqişə, todaypress.az