Botoks etdirənlərə XƏBƏRDARLIQ! - Xəstəlik yarana bilər
Video
07.03.2025 10:04
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər gətirilib. Qəbul edilən xəstələrdən 36 nəfərdən 3-ü botulizm virusuna yoluxan şəxslərdir. İnfeksiya səbəbi kimi botoks göstərilir.
Mövzu ilə bağlı TodayPress-ə danışan kosmetoloq Gülər İbrahimova bildirib ki, botoks özü infeksiya qaynağı deyil.
Botoksdan botulizmə yoluxma mümkün deyil. Lakin yanlış istifadə buna yol aça bilər:
“Bazarda sertifikatsız, keyfiyyətsiz məhsullar, çox sayda qeyri-qanuni və saxta botoks preparatları var. Bunlar düzgün saxlanılmadıqda və ya normadan artıq qatqılar ilə istehsal edildikdə zərərli təsir gostərə bilər. Botoks mütləq mütəxəssislər tərəfindən düzgün dozalarda və steril şəraitdə edilməlidir. Əks halda sinir sisteminə təsir edə bilər. Çox yüksək dozada və ya yanlış bölgəyə vurulan botoks müvəqqəti halsızlıq, əzələ zəifliyi və botolizmə bənzər simptomlara səbəb ola bilər".
Kosmetoloq qeyd edib ki, botoks düzgün şəraitdə və sertifikatlı məhsullarla edildikdə tam təhlükəsiz və təsirli olur. Problem bazarda artan qeyri-qanuni məhsullar və qeyri-peşəkar tədbiqlərlə əlaqəlidir. İnsanlar bu proseduru etdirərkən mütləq təcrübəli mütəxəssis və orijinal məhsul seçməlidir.
Türkan İsgəndərli
tag: Botoks, Gənclər,Gözəllik,Qocalma ,Xəstəlik, todaypress.az