Boşanmaların əsas səbəbləri nələrdir?
Video
23.09.2024 10:40
Mütəxəssislər boşanmanın bir sıra səbəblərini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, ən ciddi mübahisələr evliliyin birinci, üçüncü, yeddinci və on dördüncü illərində olur. Eyni zamanda, ilk uşağın dünyaya gəlməsindən sonra da ciddi qarşıdurmalar yaşana bilir. Buna səbəb isə həmin ərəfədə iki tərəfin də həddindən çox həssas olmasıdır. 3 nəfərlik ailəyə öyrəşmək, xərcləri buna əsasən uyğunlaşdırmaq ilk vaxtlar ciddi problemlərə yol açır. Buna görə də, evliliklərdəki digər əsas problem də məhz maddiyatdır. Tərəflərdən biri daha bədxərc olarsa, bu münaqişənin yaranmasına səbəb ola bilər.
Digər tərəfdən günümüzdə ən çox eşitdiyimiz problemlərdən olan xəyanət və qarşılıqlı anlaşmazlıq hallarıdır ki, mütəxəssislər ikinci hal üçün güzəştə getməyi və kommunikasiya qurmağı tövsiyə edir.
Töhfə Səməd
tag: Boşanma ,Mütəxəssislər ,Mübahisələr,Səbəblər, todaypress.az