Boksçumuz erməniyə qalib gələrək, qızıl medal qazandı

Video

29.10.2024 15:07

Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında ermənistanlı idmançıya qalib gələrək qızıl medal qazanıb.

TodayPress xəbər verir ki, o, həlledici görüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qələbə sayəsində boks millisi Manamada qızıl medal sayını açıb. 

Qeyd edək ki, aktivində həmçinin 2 bürünc medal olan komandamızın daha 8 boksçusu finalda yarışacaq.

Namiq HUN

tag: Azərbaycan, Erməni, Qalib,Boks, todaypress.az