Binəqədi rayonunda sursat aşkarlandı
Video
03.06.2024 15:11
Fövqəladə
Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi
rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin
mətbuat xidmətindən TodayPress-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə
çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə
orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən
sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə
yararlı 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd İJ-16
markalı ov tüfəngi olduğu müəyyən edilib.
Sursatlar
XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən
götürülərək kənarlaşdırılıb, aşkar edilmiş ov tüfəngi aidiyyəti üzrə təhvil
verilib.
Hadisə
yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli
və ya şübhəli əşya aşkar edilməyib.
tag: Binəqədi, Sursat, Nazirlik, Mühafizə, FHN, todaypress.az