Bəzi şəhərətrafı ərazilərdə hava çiskinli olacaq - SABAHIN HAVASI

Video

12.02.2025 18:01

Bakıda və Abşeron yarımadasında gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var. 

TodayPress xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq. 

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

tag: Hava,Bakı,Abşeron,Çiskin,todaypress.az