Bəzi dərmanlar unutqanlıq riskini artırır
Video
22.12.2024 18:02
Amerikalı anestezioloq Zane Hasan xəbərdarlıq edib ki, bəzi dərmanlar uzun müddət istifadə edildikdə demensiyanın (unutqanlıq) inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.
TodayPress xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Həkimin sözlərinə görə, tərkibində omeprazol olan ürək dərmanlarının müntəzəm istifadəsi demensiyaya səbəb ola bilər. Bu aktiv maddə mədədə turşunun miqdarını azaltmaqla yanaşı, beyində beta-amiloid zülalının yığılmasına, eləcə də B12 vitaminin çatışmazlığına gətirib çıxarır. Bu da insanın yaddaşına və idrak qabiliyyətinə təsir göstərir. Elm adamları bunu demensiyanın əsas təxribatçılarından biri hesab edir.
Hasan, başqa bir dərman kimi narahatlıq, panik atak, yuxu pozğunluqları və nevrozların müalicəsində istifadə edilən benzodiazepinləri adlandırıb.
Bu növ dərmanın əsas məqsədi mərkəzi sinir sisteminin həyəcanını boğmaq olsa da bütün beynin uyuşmasına gətirib çıxarır.
“Bu dərmanlar narahatlıq və alkoqoldan imtinaya kömək edir. Amma benzodiazepinləri uzun müddət qəbul etsəniz, demensiyaya səbəb ola bilər” deyə o, bildirib.
Tərkibində difenhidramin olan allergiya dərmanları, həmçinin anesteziya və əməliyyatdan sonrakı ağrıları kəsmək üçün istifadə edilən opiatlar da həkimin qeyd etdiyi kimi demensiya ilə nəticələnə bilər.
Həkimin sözlərinə görə, antidepresanların uzun müddət istifadəsi beyin sağlamlığına mənfi təsir göstərir. Bu da insanda yaddaş pozulmasına gətirib çıxarır.