Beşiktaş”ın baş məşqçisi “Qarabağ”ın futbolçusunu istəyir
Video
07.06.2024 15:11
“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirə bilər.
TodayPress xəbər verir ki, “Beşiktaş” klubu kabo-verdeli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
İstanbul təmsilçisinin yeni baş məşqçisi Covanni van Bronkhorst Andradeni ixtiyarında görmək istəyir. Artıq “Beşiktaş”ın nümayəndələri futbolçunun agenti ilə danışıqlarda irəliləyişə nail olub. “Qarabağ” klubu isə Leandro Andradenin gedişinin əleyhinədir. Azərbaycan çempionu yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar aparmaq istəmir.
Bu səbəbdən “Beşiktaş” futbolçunun müqaviləsindəki sərbəstqalma bəndindən yararlanmağı planlaşdırır. Leandro 4 milyon avro qarşılığında komandadan gedə bilər. Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Namiq HUN
tag: Beşiktaş, Qarabağ, Futbol, Türkiyə, Leandro Andrade, todaypress.az