BƏŞƏRİ RƏZALƏT: “Eurovision” mahnı müsabiqəsi yoxsa LGBT-nin təbliğat meydanı?
Video
10.08.2024 11:33
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsi cəmiyyətin əxlaqi, mənəvi dəyərlərinə deqradasiya edici təsir göstərir. Gənclərin böyük bir hissəsini psevdo dəyərlərə istiqamətləndirir".
Bunu TodayPress-ə açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, bu müsabiqə ilk vaxtlarda daha maraqlı keçirilib, qaydalar daha tolerant olub. Lakin zaman ötdükcə həm təbiətində, həm də keçirilmə qaydalarında dəyişikliklər baş verdi:
"Məsələn, əvvəllər bu yarışma üçün mahnı seçəndə ölkələrə özünəməxsusluğu nümayiş etdirmək kimi fürsət verilib. Amma son vaxtlar mahnıların ritmi, janrı, ötürdüyü mesajlar belə vahid mərkəzdən idarə olunur. İfalarla subniminal siyasi mesajlar verilir. Halbuki “Avroviziya” müsabiqəsində siyasi mesajlar vermək qadağandır".
Sosioloq bildirib ki, son illər yarışmada LGBT təbliğatı açıq-aydın hiss olunmaqdadır. O, qeyd edib ki, özgə vaxt tolerantlıqdan, multikulturalizmdən, mədəni müxtəliflikdən danışan Avropa "Avroviziya" mahnı müsabiqəsinin formatını dəyişməklə sırf öz dəyərlərini digər ölkələrə diktə edir:
"Orada çıxış edənlərin kişi və ya qadın olduğunu fərqləndirmək belə olmur. Bu qədər arzuolunmaz bir mənzərəyə şahidlik edirik. Əlbəttə ki, bu cəmiyyətin əxlaqi, mənəvi dəyərlərinə deqradasiya edici təsir göstərir. Gənclərin böyük bir hissəsini psevdo dəyərlərə istiqamətləndirir".
Sosiloq hesab edir ki, "Avroviziya" ilə bağlı son illərdə ortaya çıxan tənqidlər ciddi şəkildə araşdırılmalıdır. Əks halda bu platforma qara niyyətlər üçün istifadə olunacaq:
"Bu müsabiqənin hədəfi və məqsədi hələ də bəlli deyil. Qeyd etdiyim neqativlər aradan qalxmasa, "Avroviziya"nın əvvəlki şöhrətini qaytarmaq mümkün olmasa, ildən-ilə yarışmada iştirak edən dövlətlərin də sayı azalacaq. Onların arasında Azərbaycanın olacağı da istisna deyil".
Qeyd edək ki, “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə start verilib.
Günəş Mərd
tag: Avroviziya, Mahnı, Müsabiqə, Üzeyir Şəfiyev, todaypress.az