Bəşər tarixinin naməlum hissəsi ortaya çıxdı

Video

21.07.2024 15:15

Genetiklər və süni intellekt üzrə ekspertlərdən ibarət beynəlxalq komanda neandertalların və anatomik cəhətdən müasir insanların tarixinin əvvəllər naməlum olan hissəsini üzə çıxarıb.     

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub. 

Elm adamları 2000 insanın, həmçinin üç Neandertal və bir Denisovanın DNT-lərindən istifadə edərək, son 250 min il ərzində müxtəlif hominin qrupları arasında gen axınının xəritəsini tərtib ediblər. Nəticədə, insanlarla neandertalların dəfələrlə yaxınlaşması, yəni cütləşməsi məlum olub.

Təhlil zamanı genomunu deşifrə etmək üçün genetik alət “IBDmix”dən istifadə olunub. Bu üsul müasir insanlarla neandertallar arasında üç əlaqə dalğasını müəyyən etməyə imkan verib: təxminən 200-250 min, 100-120 min və 50-60 min il əvvəl. 

Tədqiqat, həmçinin aşkar edib ki, neandertalların nəsli kəsilməyib, lakin onlar müasir insan əhalisinə assimilyasiya olunublar.  

Günəş Mərd

tag: Bəşər Tarixi, Genetiklər, DNT, Elm Adamları, Ekspertlər, todaypress.az