Bayden yenə prezidentləri qarışdırdı - Zelenskini Putin deyə çağırdı
Video
12.07.2024 16:31
ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Volodimir Zelenskini səhnəyə çağırarkən “Cənablar və xanımlar, prezident Putin buradadır” deyib.
TodayPress xəbər verir ki, Bayden bu kobud səhvi NATO Sammiti çərçivəsində “Ukrayna sazişi”nin imzalanması mərasimində çıxışı zamanı edib.
Daha sonra o, Putin yerinə Zelenski deməli olduğunu xatırlayıb və “Üzr istəyirəm! Putinə qələbə çalmağa o qədər fokuslanmışam ki” deyə özünə bəraət qazandırıb.
Töhfə Səməd
tag: Zelenski, Bayden, Putin, Prezident, Görüş,todaypress.az