Bayden İsrailə söz verdi: İrana qarşı bir yumruq

Video

02.08.2024 12:09

ABŞ prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə  söhbətində Vaşinqtonun müdafiə məsələsində İsrailə yardım edəcəyinə söz verib.

TodayPress xəbər verir, bu barədə ABŞ mediası məlumat yayıb. 

“Prezident ballistik raketlər və pilotsuz təyyarələr, o cümlədən ABŞ-nin yeni müdafiə xarakterli hərbi texnikaların yerləşdirməsi məsələsi də daxil olmaqla, İsrailin təhdidlərə qarşı müdafiəsini dəstəkləmək səylərini müzakirə edib” deyə məlumatda bildirilib. 

Bundan əlavə, Bayden Netanyahuya ABŞ-nin İsrailin İran, HƏMAS, "Hizbullah" və husilərin yaratdığı təhdidlərə qarşı müdafiəsinə kömək etməyə hazır olduğunu qeyd edib. 

Günəş Mərd


tag: İsrail, Bayden, Hizbullah, HƏMAS, todaypress.az