Bakının sel problemi bitmir: Qurum və təşkilatlar bu dəfə niyə işləmədi?

Video

19.04.2025 15:13

“Bakıda demək olar ki, hər leysan tipli yağışdan sonra eyni küçə və yolların su altında qalması problemi uzun illərdir ki, mövcuddur”.   

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bunu TodayPress-ə danışarkən deyib.   

O, mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılması ilə bağlı nikbin düşünmədiyini dilə gitirib.   

“Hesab etmirəm ki, bunu 2-3 ilə həll etmək mümkün olsun. İlk növbədə drenaj və ötürücü xətlərdə, kollektorlarda çox ciddi yenidənqurma işləri görülməlidir. Bunun üçün də uzun zaman lazımdır”.   

Ekspert, hər bir halda müvafiq qurum və təşkilatların problemin həlli istiqamətində müəyyən proqramları işləyib hazırlayacağına ümid etdiyini bildirib. 

Qeyd edək ki, aprelin 15-i gecə saatlarından başlayan yağışlar nəticəsində paytaxtın bir çox ərazilərini, o cümlədən tunellərini su basıb. Nəticədə yollarda sıxlıq yaranıb, bir çox qurğulara ziyan dəyib.   

Töhfə Səməd

tag: Ramil Osmanlı,Ekspert,Sel,Yağış,Todaypress.az