Bakını ciddi zəlzələ təhlükəsi gözləyir? – RƏSMİ AÇIQLAMA
Video
07.04.2025 20:35
“Bakı və Abşeronda zəlzələ təhlükəsi Xəzərdə yerləşən zəlzələ ocaqlarının təsiri ilə qiymətləndirilir. Nəticəyə əsasən, Bakının bəzi ərazilərində 8-9 ballıq, dənizə bitişik ərazilərdə 10 ballıq zəlzələ təhlükəsi riski var”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bunu TodayPress-ə müsahibəsində deyib.
Baş direktor vurğulayıb ki, aparılan instrumental tədqiqatlar zamanı Bakı və Abşeronda zəlzələ ocaqlarına rast gəlinməyib.
O diqqətə çatdırıb ki, ümumilikdə zəlzələlərə qısamüddətli, ortamüddətli və uzunmüddətli proqnozlar verilə bilər:
“Ortamüddəti proqnozu asanlıqda demək olur. Uzunmüddətli proqnozun müddəti adətən 50-100 illərlə ümumi ərazi üçün götürülür. Tarixdə belə hadisələr olub. Ən əhəmiyyət kəsb edən proqnoz isə qısamüddətlidir. Onun yeri, vaxtı və gücü önəmlidir. Ancaq qısamüddətli proqnoz vermək qeyri-mümkündür. Çünki saniyələr ərzində baş verən prosesi heç cür bilmək olmur. Amma harada nə cür aktivlik olduğunu ehtimal etmək mümkündür”.
Mütəxəssis hesab edir ki, bütün hallarda zəzələlərin baş vermə tarixini dəqiq demək çətin məsələdir.
Töhfə Səməd
tag: Qurban Yetirmişli,Baş Direktor,Təbii Fəlakət,Zəlzələ,Todaypress.az