Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırmaq üçün tədbirlər görür

Video

12.02.2025 18:05

Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.   

TodayPress xəbər verir ki, bu barədə Bakıdakı “Rus Evi” açıqlama yayıb.   

Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.   

Qeyd edək ki, bu gün Bakıda “Rus Evi”nin yerləşdiyi binadan mərkəzin adının rus dilində yazılmış hissəsi sökülüb.   

Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. 

tag: Azərbaycan,Rus Evi,Nota,Bakı,Todaypress.az