Bakı növbəti sınaqdan üzü ağ çıxa biləcək?

Video

25.10.2024 10:29

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin bütün rayon və ərazilərdə su kanal idarələri mövcuddur. Həmin idarələrin nəzdində fəaliyyət göstərən şəxslər öz rayon ərazilərində olan drenaj sistemlərini, kollektorları, tullantı su axıntılarını daşıyan boruları daim nəzarətdə saxlayırlar”. 

Bunu TodayPress-ə verdiyi açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, payız aylarında drenaj sistemlərinin üstünü yarpaqlar qapatdığı üçün problemlər yaranır. Buna görə də müvafiq idarələr daim həmin sistemləri nəzarətdə saxlayırlar. Payız aylarında gücləndirilmiş iş rejimində işləyirik:

“Növbəti dəfə leysan yağışları nəticəsində tunellərin su ilə dolması, ölüm halları kimi hadisələrin baş verməməsi üçün daim fövqəladə vəziyyətdə fəaliyyət göstəririk. Həmçinin digər qurumlarla birgə addımlayırıq”. 

Qurum nümayəndəsi diqqətə çatdırıb ki, paytaxt ərazisində yağışın yaratdığı fəsadların çoxu artıq aradan qaldırılıb. Bəzi yerlərdə lokal xarakterli sular qalıb ki, onlar da dünən yağan intensiv yağışların nəticəsidir. Həmin ərazilərin təmizlənməsi üçün texnikalar cəlb olunub.

Töhfə Səməd


tag: Bakı, Yağış, Su, Ceyhun Musaoğlu, todaypress.az