Azyaşlını təhqir edən tərbiyəçi işdən azad olundu – RƏSMİ
Video
12.07.2024 15:02
“310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib”.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
“Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib. Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür” deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə Sabunçuda yerləşən 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağı təhqir etməsi və ona qarşı kobud davranması ilə bağlı video yayılmışdı.
Günəş Mərd
tag: Bağça, Tərbiyyəçi, Sabunçu, Müəllim, Təhqir, todaypress.az