Azyaşlı uşaq çipsdən zəhərlənərək öldü – AQTA araşdırmaya başladı
Video
10.06.2024 14:12
Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.
TodayPress xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.
AQTA-dan TodayPress-in sorğusuna cavab olaraq araşdırmaya başlandığı bildirilib:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
Günəş Mərd