Azərbaycanın Parisdəki qızıl ümidləri

Video

06.07.2024 10:52

Sərbəst güləş üzrə Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir. Millimiz ilin təqvim planına əsasən Quba Olimpiya İdman Kompleksində bir araya gəlib. 

“Uşaqlar əla formadadırlar və yaxşı əhval-ruhiyyələri var”.

TodayPress xəbər verir ki, bunu Qubadakı təlim-məşq toplanışını dəyərləndirən sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.

“Paris Olimpiadası öncəsi lisenziyaçılar əsl döyüş ruhundadırlar. Bundan əlavə, daha iki təlim-məşq toplanışımız olacaq. Əsasən funksional, fiziki və taktiki-texniki məşqlərə üstünlük verəcəyik. Sonda xüsusi hazırlıq olacaq. Olimpiadadan əvvəl taktiki-texniki hazırlıq və nəzarət məşqi edəcəyik”.

Sərbəst güləşçilərimiz bir daha iyulun 17-dən avqustun 3-dək Quba toplantısına qatılacaq. 

Qeyd edək ki, Fransa paytaxtındakı multi-idman oyunlarında Azərbaycanı sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Georgi Meşvildişvili  (125 kq) təmsil edəcək. 

Millimiz avqustun 6-da Bakı-Paris reysi ilə XXXIII Yay Olimpiya Oyunlarının keçiriləcəyi Fransaya yola düşəcək.   

Namiq HUN

tag: Azərbaycan, Paris, Olimpiya İdman Kompkleksi, Sərbəst Güləş, todaypress.az