“Azərbaycanfilm”in yeni direktoru kim olacaq? – Nazirlikdən AÇIQLAMA
Video
15.06.2024 16:58
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov öz xahişi ilə işdən azad edilməsi haqqında ərizə ilə müraciət edib.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
“Kinostudiyanın direktoru Nazim Hüseynovun öz xahişi ilə işdən azad edilməsi haqqında ərizə ilə müraciət etdiyi doğrudur. Onun yerinə hələki təyinat yoxdur” deyə məlumatda qeyd olunub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfat hesablı kino istehsalı müəssisədir. Kinomatoqrafiyanın bütün sahələri üzrə xidmət göstərən kinostudiyanın ştat cədvəlində aktyor yoxdur.
Günəş Mərd
tag: Azərbaycanfilm kinostudiyası, Nazim Hüseynov, Mədəniyyət Nazirliyi, Direktor, todaypress.az