Azərbaycanda zəlzələ olacaq: Seysmoloqdan ŞOK AÇIQLAMA

Video

11.12.2024 13:58

"2025-ci ilin birinci rübündə Azərbaycanı hiss olunan zəlzələlər gözləyir".

Bunu TodayPress-ə verdiyi açıqlamada seysmoloq Qulam Babayev deyib. O, hiss olunan zələlə dedikdə maqnitudası 4 və ondan yuxarı olan təbii fəlakətləri nəzərdə tutduğunu açıqlayıb. Gücül yeraltı təkanlar isə ümumiyyətlə Azərbaycanda gözlənilmir:

"Təbii ki, zəlzələ bölgəsinə biz də daxilik, qonşu ölkələrdəki zəlzələ ocaqları hazırda aktivdir. İran, Gürcüstan, Türkiyə və Ermənistan seysmik ocaqlarla zəngin olan ərazilərdir. Xəzər dənizi də ən mürəkkəb tektonik bölgələrdən biridir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan ərazisində dərin qatlarda olan yerdəyişmələrin sürəti həmin qeyd olunan yerlərdəki kimi aktiv deyil". 

Ekpert diqqətə çatdırıb ki, Xəzər dənizinin bütün hissələri tektonik qırılmalar qovşaqları, qırışıqlıqlar və geoloji strukturlarla zəngindir. Bakı və Abşeron yarımadası üçün təhlükə də məhz həmin bu səbəbdən yarana bilər. Qulam Babayevin qənaətincə, bu, nə qədər dəhşətli görünsə də, dağıdıcı gücə malik deyil. 

Seysmoloq həmçinin 1960-cı illərdən bu yana Mingəçevir su anbarında aparılan tədqiqatlardan da söz açıb. Onun sözlərinə görə, 2020-2022-ci illərdə su anbarının dolması ilə zəlzələ arasındakı birbaşa əlaqənin mövcudluğu öyrənilib. 

"Su anbarının dolması ilə seysmik aktivlik intensivləşir. Təəssüf ki, zəlzələ nəticəsində anbarın partlaması, zərər görməsi və ya suyun sel formasında şəhəri basması kimi halların baş verib-verməyəcəyi hələ ki, dəqiq bilinmir. Mən öz tədidatlarımda da dəfələrlə qeyd etmişəm ki, Mingəçevir su anbarının ətrafına seysmik aktivlik baxımından xüsusi diqqət lazımdır. Lakin bu hələ də sual olaraq qalır". 

Qeyd edək ki, Azərbaycanda yanvarın1-dən dekabrın 1-dək maqnitudası 3 və ondan yuxarı 53 zəlzələ qeydə alınıb. Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizi, Mingəçevir su anbarı da daxil olmaqla bir sıra böyük şəhərlərdə qeydə alınıb. 

tag: Qulam Babayev,Azərbaycan,Zəlzələ,Seysmoloji,todaypress.az