Azərbaycanda siqaretlərin qiyməti qalxdı

Video

03.03.2025 17:38

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. 

TodayPress xəbər verir ki, bu barədə məlumatı siqaret satışı ilə məşğul olanlar veriblər. 

Bildirilib ki, siqaret satışı ilə məşğul olan şirkətlər "LD", "Winston" və "Sobranie" markalı siqaretlərin (həmçinin bir neçə çeşidinin) qiymətini 0.20 AZN qaldırıb. 

"Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir. (Oxu.Az)  

tag: Siqaret,Bahalaşma,Tütün,Azərbaycan,todaypress.az