Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir
Video
12.06.2024 11:42
Azərbaycanda qan
qohumlarının nikaha daxil olması qadağan edilir.
TodayPress-in xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif
olunur.
Dəyişikliklə
nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə
aşağıdakı hallar əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya)
nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin
bibi (xala) və qardaş (bacı) oğlu;
Layihədə
aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin
genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən
əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları
arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin
olması riski olduqca yüksəkdir.
Qeyd edək ki,
hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına
yol verilmir:
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma
və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- övladlığa götürənlər və övladlığa götürülənlər;
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən
keçməyən şəxslər;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik
nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən
şəxslər.