Azərbaycanda ölüm hökmü tətbiq edilə bilərmi?

Video

26.06.2024 15:01

“Azərbaycanda ölüm hökmünün bərpası inandırıcı deyil və buna ehtiyac yoxdur”. 

Bu barədə Millət vəkili Sabir Rüstəmxanlı TodayPress-ə açıqlamasında bildirib.

“Gənc polislərimizin qətlə yetirilməsi hamımızı yandırır. Ancaq Azərbaycanda ölüm hökmünün bərpası inandırıcı deyil və buna ehtiyac yoxdur” deyə o bildirib.  

Qeyd edək ki, Azərbaycanda vaxtaşırı ölüm hökmünün yenidən bərpa olunması haqqında təkliflər irəli sürülür. Millət vəkili Ceyhun Məmmədovun ötən gün parlamentin iclasında bu barədə səsləndirdiyi fikirlər məsələni yenidən gündəmə gətirib. Deputat bildirib ki, bəzi cinayətlərin qarşısının alınması üçün ölüm cəzası daha effektivdir. 

Günəş Mərd

tag: Azərbaycan, Ölüm Hökmü, Ceyhun Məmmədov, İclas, todaypress.az