Azərbaycanda ərzaq niyə ucuzlaşmır? – Millət vəkili səbəbini açıqladı
Video
06.06.2024 16:13
Vətəndaşlarımızın xərclədikləri vəsaitlərin yarısı ərzaq məhsullarının alınması üçün istifadə olunur.
“Ənənvi olaraq Azərbaycanda ərzaq məhsullarının istehlakı yüksək olub. Vətəndaşların ərzaq məhsullarına daha çox vəsait xərcləməsi bir tərəfdən bununla bağlıdır”.
Bu sözləri iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusilə 2022 və 2023-cü illərdə ərzaq məhsullarının qiymətlərindəki artımlar ümumi istehlak xərclərinə təsir göstərib:
“Bu da ərzaq məhsullarının sayının artmasına gətirib çıxarıb. Sözsüz ərzaq məhsullarının qiymətlərində ucuzlaşma olarsa, bu ərzaq məhsullarının ümumi istehlakdakı payının azalmasına gətirib çıxara bilər. Çünki bu istiqamətə daha az vəsait yönəldilər. Bu isə bütünlükdə qeyri-ərzaq və digər xidmətlərlə müqayisədə ərzaq məhsullarının alınmasına daha az vəsaitin yönəldilməsi deməkdir. Bu baxımdan istehlak bazarında qiymətlər və xüsusən ərzaq məhsulların qiyməti xərclənmələr baxımından vacibdir”.
Günəş Mərd