Azərbaycan Ordusunda süni intellekt tətbiq olunacaq? – AÇIQLANDI
Video
03.05.2025 16:58
“Süni intellektin Azərbaycan Ordusunda tətbiqi qaçılmazdır”.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunu TodayPress-ə danışarkən deyib:
O, son vaxtlar dünyada süni intellektdən bir çox sahədə, həmçinin hərbi sahədə istifadə olunduğuna diqqət çəkib:
“Bunun həm müsbət, həm də mənfi cəhətləri var. İnsanların saatlarla düşündüyü məsələdə süni intellekt anidən qərar qəbul edə bilir. Bu, bəzi hallarda yararlı da, yarasız da ola bilər. Bu səbəbdən olduqca diqqətli olmaq lazımdır. Çünki hərbi sahədə səhv qərar minlərlə, onminlərlə insanın həyatını təhlükəyə ata, dövlətlərin təhlükəsizliyini zəiflədə bilər”.
Polkovnik süni intellektin Azərbaycan Ordusunda da tətbiqinin qaçılmaz olduğunu düşünür:
“Bu haqda müəyyən müzakirələr də var. Sadəcə diqqət və zaman lazımdır”.
Qeyd edək ki, İsrail ordusunun döyüş əməliyyatlarında artıq süni intellektdən fəal şəkildə istifadə etdiyi bildirilir.
Qiymət Mahir
tag: Üzeyir Cəfərov,Hərbi Ekspert,Polkovnik,Azərbaycan,Ordu,Süni İntellekt,Todaypress.az