Azərbaycan nefti büdcə qiymətinə yaxınlaşır: Hansı risklər gözlənilir?

Video

15.03.2025 11:41

"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində müşahidə olunan ucuzlaşmağa davam edərsə, bu, sonradan müəyyən çətinliklər yarada bilər".   

İqtisadçı Natiq Cəfərli bunu TodayPress-ə danışarkən deyib. 

O bildirib ki, buna əsas səbəb büdcədə neftin ilkin qiymətinin 70 dollar götürülməsidir.   

"İlin iki ayını götürsək, “Azeri Light"ın ortalama qiymət 70 dollardan yuxarı olub. Burada vacib məqamlardan biri, neftin qiymətinin yalnız iqtisadi amillərlə deyil, həm də qlobal proseslərlə bağlı olmasıdır. Əgər eniş tendensiyası davam edərsə, bu, müxtəlif sahələrdə müəyyən çətinliklərə səbəb ola bilər. Lakin bazarda tarazlıq və ya mümkün müdaxilələr nəticəsində vəziyyətin hansı istiqamətə dəyişəcəyi hələlik tam dəqiq deyil". 

Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,95 ABŞ dolları və ya 2,66% azalaraq 71,4 ABŞ dollarına enib. 

Türkan İsgəndərli

tag: Neft ,Qiymət ,Enmə, Dollar ,Natiq Cəfərli,Todaypress.az