Azərbaycan NATO standartlarından istifadə edir - Millət vəkili danışdı

Video

27.11.2024 18:38

Azərbaycanın xarici siyasət istiqamətləri çərçivəsində NATO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”.

Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin deputatı Elman Nəsirov bildirib. Onun sözlərinə görə, 1994-cü ilin may ayında ulu öndər Heydər Əliyev NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədinə öz imzasını qoyub. Bu isə Azərbaycanın xarici siyasətinin çox vektorlu olmasının bir göstəricisidir. Lakin bu gün NATO ilə əməkdaşlıq prioritet məsələ deyil. 

“Nəzərə alsaq ki, 23 may 2007-ci il tarixində Azərbaycan Respublikasının imza atdığı "Milli Təhlükəsizlik Konsepsiyası"nda Avro-Atlantik məkana inteqrasiya xətti öz əksini tapmışdı. Amma dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan çevik siyasət həyata keçirərək bu gün Qoşulmama Hətəkatının ən fəal üzvüdür. Bu ailəyə 4 il sədrlik etdik. Onun mövqelərini xeyli gücləndirdik, həmçinin təşkilatın beynəlxalq aləmdə nüfuzunu yüksəldən addımlara imza atdıq. Lakin buna baxmayaraq NATO ilə əməkdaşlıq məsələləri də diqqətdən kənarda qalmır”.

Parlamentari bildirib ki, bütün bu reallıqlar fonunda dünyanın ən böyük hərbi-siyasi təşkilatı olan NATO ilə də əməkdaşlığımıza sadiqik. NATO-da nümayəndəliyimiz var və biz NATO ilə əməkdaşlıq çərçivəsində də öz geosiyasi maraqlarımızı təmin edirik. Eyni zamanda Türkiyə də NATO ölkəsidir. Azərbaycan Türkiyə ilə hərbi sahədə əməkdaşlıq etməklə, həm də NATO standartlarından istifadə edir. Öz silahlı qüvvələrimizi bu standartlara uyğunlaşdırırıq ki, bu da bizim NATO ilə əməkdaşlığımız kontekstində baş verən prosesdir. 

Töhfə Səməd

tag: NATO,Azərbaycan,Elman Nəsirov,Sülh,todaypress.az