Avtobus və metroda gedişhaqqı artırılır? - AÇIQLANDI

Video

08.01.2025 17:58

Sosial şəbəkələrdə yaxın günlərdə ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı iddialar səsləndirilir.  

Maraqlıdır iddialar nə dərəcədə həqiqətə uyğundur?   

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev bu barədə TodayPress-ə bildirib ki, hazırda gedişhaqqının artırılması gözlənilmir. Buna səbəb isə, hələ ki, yanacağın qiymətinin sabit qalmasıdır: 

“Yanacağın qiyməti qalxan zaman bu digər ictimai nəqliyyatdakı ödənişlərə də təsir göstərir. Məsələn, ötən il gedişhaqqı 10 qəpik artaraq 50 qəpik olmuşdu. Eyni zamanda Aİ-92 markalı avtomobil benzininin qiyməti 10 qəpik artırılaraq 1,10 manat, dizelin qiyməti isə 20 qəpik artırılaraq 1 manat müəyyən edilmişdi. Lakin hələ ki, bu kimi dəyişikliklərlə bağlı heç bir məlumat yoxdur”.

Ekspert sonda vurğulayıb ki, bütün bunlara baxmayaraq, hər şeyə hazır olmaq lazmdır.

Məsələ ilə bağlı  "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq. 

Qurumdan bildirildi ki, "Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb.  

Töhfə Səməd

tag: Nəqliyyat ,Yanacaq, Metro ,Avtobus ,todaypress.az