Avropanın Ukrayna ilə bağlı əsas qorxusu üzə çıxdı

Video

29.10.2024 09:17

Avropa liderlərinin Ukraynaya “nə qədər lazımdırsa” dəstək verəcəkləri ilə bağlı vədlərinə baxmayaraq, müxtəlif səbəblərdən bu reallaşmayacaq.

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Xüsusilə, nəşrin müəllifləri ABŞ prezidentliyinə namizəd Donald Trampın qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə Avropanın Ukraynanı dəstəkləməkdə çətinlik çəkəcəyini etiraf ediblər.

Jurnalistlər əlavə ediblər ki, avropalı siyasətçilər mühüm qərarlar qəbul etməzdən əvvəl ABŞ-də keçirilən səsvermənin nəticələrini gözləyirlər. 

Böyük Britaniyanın NATO-dakı keçmiş səfiri Adam Tompson etiraf edib ki, Trampın ikinci müddətə seçilməsinin nəticələri, xüsusən də Ukrayna ilə bağlı qərarları dəyişə bilər. 

Töhfə Səməd

tag: Ukrayna, Avropa, NATO, Tramp, todaypress.az