Avropada demokratiya biabırçılığı: Le Penin həbsi Makronu necə ifşa etdi ? - ŞƏRH

Video

01.04.2025 17:51

“Fransanın sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penə qarşı çıxarılan məhkəmə hökmü Avropada demokratiya adı altında baş verən biabırçılıqların daha bir nümunəsidir”.   

Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən deyib.   

Onun sözlərinə görə, Emmanuel Makron Fransada elə bir istibdad formalaşdırmağa çalışır ki, bütün əks və alternativ fikirlər Avropada bloklansın: 

 “Fransada radikal sağa qarşı atılan addımlar fonunda Le Penin çoxdan istintaqa cəlb edilməsi ilə bağlı proseslər gedirdi. İndi isə məhkəmə sisteminin siyasiləşməsi həmin biabırçılığın nə həddə olduğunu bütün dünyaya nümayiş etdirir”. 

T. İsmayılov bu qərarın Fransada və digər Qərbi Avropa ölkələrində radikal sağ meyillərin daha da təmərküzləşməsinə səbəb olacağını hesab edir: 

 “Makronun Le Peni həbs etməklə onun qarşısını kəsmək və siyasi gələcəyi yalnız öz maraqlarına uyğun istiqamətə yönəltmək arzusu əks effekt doğura bilər. Çünki Le Penin həbs edilməsi radikal sağ və sağ mərkəzçi qüvvələrin Avropa İttifaqı daxilində daha da birləşməsinə və vahid mövqe nümayiş etdirməsinə yol aça bilər”. 

Analitik əlavə edib ki, Le Penin həbsi Makronun 2027-ci il seçkilərində əsas rəqibindən ehtiyat etdiyini göstərir:   

“Hətta Le Pen 2029-cu ilə qədər həbsdə qalmasa belə, onun 2027-ci ilə qədər məhkəmə prosedurları ilə məşğul edilməsi və seçki prosesindən kənarda saxlanması Fransadakı siyasi istibdad rejiminin məkrli niyyətlərini bir daha üzə çıxarır”. 

Qeyd edək ki, martın 31-də Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen və partiyanın səkkiz deputatı parlament köməkçiləri işi üzrə Paris məhkəməsi tərəfindən təqsirli bilinib. Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. 

Qiymət Mahir

tag: Fransa,Seçki,Marin Le Pen,Məhkəmə,todaypress.az