AVRO-2024-ün "Gürcü nağılı" davam edir – Avropa çempionatının sürpriz komandası
Video
27.06.2024 14:50
Futbol üzrə Gürcüstan yığma komandası Avropa çempionatında sürprizə imza atıb.
TodayPress xəbər verir ki, Portuqaliya millisini məğlub edən gürcülər ən yaxşı 3-cü yeri tutan komandalar arasında 1/8 final mərhələsinə yüksəliblər.
Portuqaliya komandası ilə matç Gürcüstan millisi üçün rekordlarla əlamətdar olub.
Komanda 28 faiz topa sahib olmaqla yarışın tarixində qalib gələn tərəf üçün ən aşağı göstəriciyə nail olub.
Gürcüstan debüt ilində qrupdan çıxan 8-ci komandadır.
Start fitindən 1 dəqiqə 32 saniyədən sonra qol vuran Xviça Kvaratsxeliya turnirin tarixində 5-ci ən erkən qola imza atıb.
Gürcüstan milisinin futbolçusu Jorj Mikautadze ilk üç oyununda qol vuran 4-cü futbolçu kimi Avropa çempionatları tarixinə düşüb.
Georgi Mamardaşvili qrupda 21 seyv edərək latviyalı Aleksandr Kolinkonun AVRO-2004-dəki rekordunu təkrarlayıb.
Gürcüstan uğursuzluğu ilə Roberto Martinesin Portuqaliya millisinin baş məşqçisi kimi 12 rəsmi oyundan ibarət qələbə seriyası qırılıb.
Qeyd edək ki, 2013-cü ildə Kriştiano Ronaldo "Dinamo Tbilisi" klubunun futbol akademiyasının açılışında olub. Həmin akademiyadan çıxmış 10 futbolçu Gürcüstan millisinin üzvü kimi Portuqaliyanı məğlub edərək tarixində ilk dəfə Avropa çempionatında mərhələ adlayıb.
Namiq HUN
tag: Gürcüstan, Futbol, Portuqaliya, Avropa, Çempionat, todaypress.az