Avro-2024-ə hazırlaşan Türkiyə millisi ciddi itki ilə üzləşdi

Video

13.06.2024 17:19

Avro-2024-ə hazırlaşan Türkiyə millisi ciddi itki ilə üzləşib. 

TodayPress xəbər verir ki, “ay-ulduzlular”ın qapıçısı Mert Günok və hücumçu İrfan Can Kahveci komandanın son məşqlərində iştirak etməyiblər. Onların ehtiyat tədbiri olaraq məşqə qatılmadığı qeyd edilib. İddia görə, İrfan Can Kahveci zədəlidir və milli komandadan uzaqlaşdırılıb.

Qeyd edək ki, daha əvvəl "ay ulduzlular" iki itki ilə üzləşmişdi. Komandanın üzvləri Enes Ünal və Kaan Ayhan zədə səbəbindən heyətdən çıxarılıb.

Namiq HUN

tag: Avro-2024, Türkiyə, İtki, Can Kahveci, Mert Günok, todaypress.az