Asteroidlərin toqquşma riskləri hesablandı | Yaxın günlərdə...

Video

26.02.2025 14:29

Amerikanın Duke Universitetinin alimləri asteroidlərə olan məsafəni daha tez təyin etməyə imkan verən üsul təklif ediblər. Bu, onların orbitlərini hesablamağa və toqquşma risklərini qiymətləndirməyə kömək edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “The Astronomical Journal” məlumat yayıb. 

Yeni araşdırmada Yerin fırlanmasına əsaslanan toposentrik paralaks adlı texnikadan istifadə edilib. Yeni üsul asteroidə qədər olan məsafəni cəmi bir gecə müşahidə zamanı müəyyən etməyə imkan verib ki, bu da prosesi xeyli sürətləndirir. 

Texnologiya həm sintetik məlumatlar, həm də real müşahidələr üzərində sınaqdan keçirilib.   

Sintetik məlumatlarla aparılan sınaqlarda bu üsul Yerdən təxminən 0,3 astronomik vahid (AU) məsafədə yerləşən asteroidlər üçün 98,7 %-ə qədər dəqiqlik göstərib.   

Nicat Osman

tag: Asteroid,Simulyasiya,Yer,Planet,Todaypress.az