“Artıq cin şüşədən çıxıb” – Avropa demokratiya böhranından qorxur

Video

16.07.2024 16:00

Avropa rəsmiləri ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsdin Amerika demokratiyasında böhrana səbəb olacağından və ABŞ-ni qlobal arenada daha zəif vəziyyətə salacağından ehtiyat edirlər.

TodayPress xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı avropalı diplomatlara istinadən məlumat yayıb.

"Təəssüf ki, artıq cin şüşədən çıxıb. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı zorakılıq olmasaydı, yaxşı olardı" deyə adının açıqlanmasını istəməyən avropalı diplomat jurnala verdiyi açıqlamada deyib.

Nəşrin yazdığına görə, iyulun 13-dən sonra ABŞ-nin müttəfiqləri Vaşinqtonun siyasi sistemdəki böyük təlatümlərə tab gətirmək bacarığına elə də nikbin baxmırlar. 

Digər bir tərəfdən gizlin formada müsahibə verən başqa bir diplomat isə bildirib ki, o vaxt Ağ Evin 40-cı prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdindən sonra ABŞ-nin müttəfiqləri, onunla işləməyə hazır olduqlarını və ölkəyə qarşı inamın daha da artdığını demişdi. O zaman sistemin normal işləməyinə qarşı heç kimdə şübhə yox idi. Amma eyni hadisə yenidən baş verdi, lakin indi dövlətə qarşı böyük şübhələr var. 

Jurnalın məlumatına görə, hazırkı və keçmiş avropalı diplomatlar da, Vaşinqtonun əleyhdarlarının Birləşmiş Ştatlarda pisləşən daxili siyasi vəziyyətdən istifadə edə biləcəyindən qorxduqlarını bildiriblər. Onlar “Amerika bu hadisədən sonra daha da böyük qütbləşmə ilə üzləşsə, bu, Rusiya üçün böyük qələbə olacaq" deyə öz narahatlıqlarını dilə gətiriblər. 

Töhfə Səməd

tag: Prezident, Avropa, Demokratiya,Böhran, Qələbə, todaypress.az