Artıq çəki xərçəng riskini artırır
Video
08.11.2024 15:32
Araşdırmalara görə, xərçəngin yaranma səbəbləri artıq çəki ilə əlaqədardır.
TodayPress xəbər verir ki, artıq çəki 30-dan çox xərçəng növünə səbəb ola bilər. 4 milyondan çox iştirakçının sağlamlıq vəziyyətini təhlil edən genişmiqyaslı araşdırma aparılıb. Müşahidə dövründə elm adamları təxminən 333 min xərçəng hadisəsini aşkar ediblər və onların 40% -nin artıq çəki ilə əlaqəli olduğu məlum olub. Söhbət xüsusilə bağırsaq, döş, uşaqlıq və böyrək xərçəngindən gedir.
Tədqiqat müəllifləri hesab edirlər ki, piylənmənin xərçəngə təsiri əvvəllər düşünüldüyündən daha çox ola bilər. Normal bədən çəkisini saxlamaqla xərçəngə yoluxma hallarının əhəmiyyətli bir hissəsinin qarşısını almaq olar.
Nərmin Tuncay