Antarktidada böyük metan sızması aşkar edildi
Video
13.02.2025 17:19
İspan alimləri Antarktidanın dəniz altında kütləvi metan emissiyalarını aşkar ediblər. Metan qazı, karbon dioksiddən təxminən 30 dəfə daha güclü bir istiləşmə təsirinə malikdir.
TodayPress xəbər verir ki, bu barədə “EL PAIS” məlumat yayıb.
Məlumata görə, bu fenomenin planetin iqlimi üçün ciddi fəlakətə səbəb olub-olmayacağı hələ də məlum deyil.
Təqdim olunan məqalədə, böyük Antarktida buz örtüyünün qalınlığının, sonuncu buz dövrünün sonunda incəlməyə başlamasının, yerin çəkisini azaltdığı və qitənin yüksəlməsinə səbəb olduğu bildirilib.
Elmi dairələrdə bu proses “sonuncu sıçrayış” adlanır.
Buzlaqların əriməsi nəticəsində dəniz altındakı min illərlə mövcud olan metan qazının kütləvi şəkildə azad olunması mümkündür.
Alimlərin fikrincə, prosesin iqlimdə geri dönülməz dəyişikliklərə səbəb olması ehtimalı var.
Geoloqlar digər təhlükəyə də diqqət çəkirlər.
Dəniz çöküntülərinin qeyri-sabitliyi, qitə kənarlarında böyük torpaq sürüşmələrinə yol aça bilər ki, bu da tsunami ilə nəticələnə bilər.
Qiymət Mahir