Ankaradan ABŞ-ni qəzəbləndirəcək addım
Video
09.08.2024 15:51
ABŞ Türkiyə ilə Rusiya arasında ticarət əməkdaşlığından narazıdır.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” nəşri yazıb.
Materialda qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi yalnız Ukraynada xüsusi əməliyyat başlayandan sonra artıb. Müəlliflər hesab edirlər ki, Türkiyənin Rusiya ilə əməkdaşlığa dair mövqeyi NATO daxilində yüksək gərginliyə səbəb ola bilər. Onlar, həmçinin hazırkı vəziyyətin ABŞ-ni hiddətləndirdiyini iddia ediblər.
Daha əvvəl məlum olub ki, Vaşinqton Türkiyəni Rusiyaya texnoloji vasitələr ixrac etdiyinə görə də hədələyib. ABŞ tərəfi Ankaradan Amerika istehsalı olan çiplərin və digər ehtiyat hissələrinin ticarətini məhdudlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu deyib.
Töhfə Səməd
tag: ABŞ, Ukrayna, NATO, Türkiyə, Rusiya, Almaniya, todaypress.az