Amsterdam Kiyevə icazə verdi: Rusiya Niderland silahları ilə vurulacaq
Video
11.09.2024 10:37
Ukrayna ordusuna Niderlanddan verilən silahlarla Rusiyanın bütün ərazisində zərbələr endirməyə icazə verilib.
TodayPress xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” məlumat yayıb.
Ölkənin müdafiə naziri Ruben Brekelmans bildirib ki, Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə üçün Rusiya ərazisində Niderland silahlarından istifadə edə bilər.
Brekelmans həmçinin əlavə edib ki, “beynəlxalq hüquq məsafə ilə məhdudlaşmır” və “özünümüdafiə hüququ sərhəddən 100 kilometr məsafədə dayanmır”.
Nazirin sözlərinə görə, Rusiyaya zərbə endirmək icazəsi Niderlandın Ukraynaya təhvil verəcəyi F-16 qırıcılarına da birbaşa aiddir.