Alkoqolun daha bir təhlükəsi üzə çıxdı
Video
02.01.2025 11:16
Alkoqollu içkilər xroniki dermatoz, rozasea (qızıl gül xəstəliyi) və digər dəri problemlərinin kəskinləşməsinə səbəb ola bilər.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Dermatoloqlar spirtli içkilərin qəbulunu dəri xəstəliklərinin inkişafı ilə əlaqələndiriblər. Bildirilib ki, həmin tip içkilərin qəbulu zamanı stress hormonu olan kortizol qana güclü şəkildə ifraz olunur və nəticədə dəridə ciddi problemlər yaranır.
Qanda yüksək kortizol konsentrasiyası iştahın artmasına və yağ hüceyrələrinin yetişməsinin aktivləşməsinə səbəb olur. Bu isə dərinin və əzələlərin sallanması və elastikliyinin itirilməsi, saç tökülməsi, dərinin həssaslığının artması, həmçinin sümüklərin kövrəkləşməsinə kömək edir.
Bundan başqa, alkoqol qanda şəkərin artmasına və dehidrasiyaya səbəb olur ki, bu da orqanizmdə iltihablı prosesə və hüceyrələrin tikinti zülalının - kollagenin məhvinə səbəb olur. Eyni zamanda, spirtli içkilərin qəbulu ilə əlaqədar olaraq, qan damarlarının divarları əhəmiyyətli dərəcədə genişlənir, bunun nəticəsində dermis qırmızı olur və qaşınmağa başlayır. Bu zaman isə rozasea təzahürləri daha çox nəzərə çarpır.
Xəbərdarlıq edilib ki, bəzi hallarda hətta bir stəkan şərab da xroniki dermatit və ya rozasea xəstəliyinin kəskinləşməsinə səbəb ola bilər.
Töhfə Səməd