Alimlərin yeni sınaqları, yeni xəstəliyi müəyyən etdi

Video

27.07.2024 14:09

Mütəxəssislər alzheimera bənzər yaxın simptomlu yeni xəstəlik müəyyən ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “OSN Media” məlumat yayıb. 

LANS, yəni “limbik-dominant amnestik neyrodegenerativ” sindromu adlanan bu xəstəlik üzərində araşdırmalar davam edir. Diaqnoz əvvəllər xəstə öldükdən sonra beyin toxumalarını tədqiq edərək müəyyən edilirdi.

Alimlər yeni sınaqlar aparıblar. Nəticədə xəstələrə daha dəqiq diaqnoz qoymaq və fərdi müalicə təyin etmək mümkün olacaq. 

Xəstəlik barədə alimlər yaxın gələcəkdə daha ətraflı məlumat əldə edəcəklərini bildiriblər. 

Töhfə Səməd

tag: Alimlər, Sınaq, Xəstəlik,alzheimera, todaypress.az