Alimlər xəbərdarlıq etdi - İslandiya üçün yeni vulkan dövrü başlayır

Video

01.07.2024 13:56

Beynəlxalq alimlər qrupu İslandiyanın Reykjanes yarımadasında baş verəcək vulkan püskürmələrinin illərlə və ya onilliklərlə davam edə biləcəyini müəyyən edib.

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Terra Nova” jurnalında dərc olunub.

Mütəxəssislər son üç il ərzində toplanmış seysmoqrafik məlumatları təhlil edərək, lavanın izotopik tərkibini öyrəniblər. Bu, yeni vulkanik eranın başlanmasının əsasını təşkil edən vulkanik prosesləri müəyyən etməyə imkan verib. Bölgənin onilliklər və bəlkə də əsrlər ərzində təkrar püskürmələrə hazırlaşmalı olacağı proqnozlaşdırılır.

Reykjanes yarımadasında 800 illik sakitlik dövründən sonra yenidən vulkanik fəaliyyətin bərpasına səbəb tektonik plitələrin hərəkətidir.

Qeyd edilib ki, yarımada səkkiz vulkanik aktiv ərazidən ibarətdir, lakin yer qabığındakı mümkün maqmatik kameralar və onlar arasındakı kanallar sistemi indiyədək zəif öyrənilib.

 GÜNEL

tag: Vulkan, İslandiya, Reykjanes, Dünya, todaypress.az