Alimlər Marsı “istiləşdirməyin” yolunu tapdılar
Video
07.04.2025 20:27
Alimlər Mars atmosferində süni istixana effekti yaratmaq üçün Qırmızı Planetin atmosferinə nanoölçülü qrafen diskələrinin səpilməsini təklif ediblər.
TodayPress xəbər verir ki, bunda məqsəd planetin orta temperaturunu təxminən 30°C artırmaqdır.
Qrafen infraqırmızı şüaları udmaq, ultrabənövşəyi şüaları bloklamaq və görünən işığı ötürmək qabiliyyətinə görə seçilir. Diskələr atmosferə səpildikdə istilik saxlanır və planet istiləşir.
Alimlər alüminium və qrafeni müqayisə edərək ikinci variantın daha effektiv olduğunu bildiriblər.
Qrafen Mars atmosferindəki karbon qazından elektro-kimyəvi proseslə əldə edilə bilər. Lakin bu proses son dərəcə enerji tələb edir. Lazımi təsiri əldə etmək üçün diskələrin onilliklərlə saniyədə 4,5–45 kq sürətlə səpilməsi lazımdır.
Bu məqsədlə Marsda 50 min tonluq infrastruktur – onlarca nüvə reaktoru və ya şəhər ölçüsündə günəş stansiyaları qurulmalıdır.
Qiymət Mahir