Alimlər iqlimi xilas edə biləcək yeni ağac növü tapdı
Video
05.08.2024 11:21
Böyük Britaniya və Polşadan olan beynəlxalq alimlər qrupu dekorativ bitki növünün strukturunu öyrənərkən yeni ağac növü kəşf ediblər.
TodayPress xəbər verir ki, bu barədə “New Phytologist” elmi jurnalında məlumat dərc olunub.
Tədqiqatçılar maqnoliya (Liriodendron tubulipera) və Çin maqnoliyası (Liriodendron chinense) kimi tanınan qədim cinsin digər növlərə nisbətən daha böyük makrofibrillərə malik olduğunu aşkar ediblər.
Məlum olub ki, mikroskopik səviyyədə bu növün lifləri nə sərt ağaclarda, nə də iynəyarpaqlarda olmayan unikal xüsusiyyətlərə malikdir. Bildirilib ki, kəşf istixana qazı emissiyaları ilə mübarizəyə kömək edə bilər.
Töhfə Səməd