Alimlər ilk dəfə Ayda mağara aşkar ediblər
Video
16.07.2024 13:51
Alimlər ilk dəfə Ayda mağara aşkar ediblər.
TodayPress xəbər verir, ən azı 100 m dərinlikdə, insanlar üçün daimi baza qurmaq üçün ideal yer ola bilər.
Tədqiqatçıların fikrincə, bu, “yeraltı, kəşf edilməmiş dünyada” gizlənmiş yüzlərlə mağaradan sadəcə biridir.
Ölkələr Ayda daimi insan varlığını yaratmaq üçün yarışır, lakin onlar astronavtları radiasiyadan, həddindən artıq temperaturdan və kosmik hava şəraitindən qorumalı olacaqlar.
Kosmosa səyahət edən ilk britaniyalı astronavt Helen Şarman “BBC News”a bildirib ki, yeni kəşf edilən mağara baza üçün yaxşı yer kimi görünür və insanlar 20-30 ildən sonra potensial olaraq Ay çuxurlarında yaşaya bilərlər.
Lakin, o, qeyd edib ki, bu mağara o qədər dərindir ki, astronavtlar içəri girib çıxmaq üçün “reaktiv paketlər və ya liftdən” istifadə etməli ola bilərlər.
Nəzrin Cavadzadə